Ermənistanda yenidən etiraz başladı - VIDEO


00:08     19 Mart 2016 etirazlar2.jpg

İrəvanın “Azadlıq” meydanında Yeni Ermənistan ictimai qurtuluş cəbhəsinin təşkil etdiyi mitinq keçirilir.


Femida.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, mitinqdən sonra yürüş planlaşdırılıb.

Mitinq təşkilatçılarının bəyan etdiyinə görə, məqsəd ölkədəki sosial-iqtisadi situasiyaya və insan haqlarının pozulmasına etiraz etməkdir.

Aksiyada “İrs” Partiyasının lideri Raffi Ovannsyan, “Ayağa qalx” hərəkatının üzvü Andrias Qukasyan, Yeni Ermənistan ictimai qurtuluş cəbhəsinin birləşmiş qəragahının rəisi Jirayr Sefilyan da iştirak edirlər

Mitinq iştirakçıları yürüşlə Avropa Birliyinin ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim etmək niyyətindədirlər.

Yeni Ermənistanın məqsədi hakimiyyətin dəyişdirilməsidir.



Femida.az

Açar sözlər:

Oxunub: 1433