Keçmiş XİN rəhbəri vəfat edib


02:55     19 Mart 2016 xin65.jpg

Almaniyanın keçmiş xarici işlər naziri Gido Vestervelle 54 yaşında vəfat edib.


Femida.az xəbər verir ki, "Westerwelle Foundation" tərəfindən yayılan məlumata görə, G.Vestervelle Köln Universitetinin klinikasında dünyasını dəyişib.

Ölümə səbəb kimi leykemiyadan sonra baş vermiş fəsadlar göstərilir.

2001-2011-ci illərdə G.Vestervelle Azad Demokratlar Partiyasının sədri olub. O, 2009-2013-cü illər ərzində Almaniya XİN-ə rəhbərlik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 669