Türkiyədə daha bir partlayış olub


14:34     19 Mart 2016 partlayis%20turkiye.jpg

Türkiyədə daha bir partlayış olub.


Femida.az xəbər verir ki, hadisə Adana şəhərinin Pınar məhəlləsində baş verib. Belə ki, yük avtomobili anidən partlayıb. Yerli sakinlər terror aktının baş verməsindən şübhələndiyindən evlərini tərk edərək küçəyə axışıblar. Daha sonra müəyyən olunub ki, partlayış terror aktı deyil, avtomobilin nasazlığından irəli gələn problem olub.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2115