Ucarda sərnişin avtobusu aşdı


17:35     21 Mart 2016 avtobus11.jpg

Ucarda Bakıdan Balakənə gedən sərnişin avtobusu aşıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 235-ci km-də, Ucar rayonunun Qulabənd kədindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Zahid Xəlilovun idarə etdiyi “Mercedes” markalı 10-SA- 968 dövlət nömrə nişanlı “Mercedes” markalı avtobus idarəetməni itirib və aşıb. Nəticədə 1 nəfər sərnişin xəsarət alıb və Balakən rayon xəstəxanasına yerləşdirilib.

Fakt bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 793