Xaçmazda yük maşını aşdı


21:22     21 Mart 2016 asan%20kamaz.jpg

Rusiyaya gedən yük maşını Xaçmaz ərazisində qəzaya uğrayıb.


Femida.az - ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə qəza Qəndob-Yalama yolunun 38-ci km-də Xaçmazın Qusarçay kəndi ərazisində qeydə alınıb.

Rusiya vətəndaşı Zeynəddin Daynuyevin idarə etdiyi "Volvo" markalı yük maşını qəfildən yoldan çıxıb və dərəyə yuvarlanıb. Sürücü xəsarət almasa da maşına xeyli ziyan dəyib. Rusiyaya Azərbaycandan alma apardığını deyən sürücü qəzaya digər avtomobilin şərait yaratdığını bildirib.

Hadisə yerində araşdırma aparan Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev isə qəzanı yük avtomobilinin sürücüsünün sərt döngədə yol hərəkəti qaydalarına düzgün əməl etməməsilə əlaqələndirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Açar sözlər:

Oxunub: 751