Brüsseldə metroda partlayış (YENİLƏNİB)


17:32     22 Mart 2016 bomb.jpg

Bu gün səhər saatlarında Brüssel metrosunda törədilən terror aktlarında ölən və xəsarət alanlarla bağlı rəsmi məlumat yayılıb.


Femida.az xəbər verir ki, bununla bağlı şəhər ictimai nəqliyyat operatorunun rəsmi nümayəndəsi açıqlama verib.

Onun sözlərinə görə, terror aktları nəticəsində 15 nəfər həyatını itirib, 10-u ağır olmaqla, 55 nəfər xəsarət alıb.

***
Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib.
Femida.az-ın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb. Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də,yaralıların olduğu deyilir. Hazırda metrodakı insanlar evakuasiya edilir.

Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında bu gün ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Femida.az

Açar sözlər:

Oxunub: 1611