Brüsseldə bütün metro, məktəb və bağçalar bağlandı


17:55     22 Mart 2016 brussellde.jpg

Səhər saatlarında ar-arda baş verən iki teraktda 30-a yaxın adam ölüb, bir o qədər də yaralı var.


Femida.az-ın TASS.ru-a istinadən məlumatına görə, Brüsseldə baş verən terror aktlarının ardınca ölkədə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə - 4-cü dərəcəyə qaldırılıb. Avropa İttifaqı Komissiyası əməkdaşlarına olduqları yerlərdə qalmaları barədə xəbərdarlıq edib. Belçikanın Krisiz Komitəsi də əhaliyə evlərində və ya otellərində qalmalarını tövsiyə edib və çölə çıxmamalarını bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Brüssel hava limanında iki dəfə partlayış olub. Hadisənin kamikadze tərəfindən törədildiyi də rəsmi təsdiqlənib. Partlayış zamanı 17 nəfər ölüb, 30-dan çox yaralı var.

Daha sonra şəhərin Malbek metro stansiyasında da partlayış qeydə alınıb. Hadisə zamanı 10 nəfərin öldüyü deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 930