Brüsseldə hərbi patrula silahlı hücum


03:49     26 Avqust 2017 1781645.jpg

Belçikanın paytaxtında maçete (dəhrə) ilə silahlanmış naməlum şəxs hərbi patrula hücum edib.


"RİA Novosti"nin yaydığı xəbərə görə, bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.

"Mirror"un yerli mətbuata istinadən verdiyi məlumatda bildirilir ki, hücum etmiş şəxs güllələnib. Hücuma məruz qalmış əsgərlər yüngül xəsarət alıblar.

Şahidlərdən bəziləri bildirib ki, atəş səsləri eşidiblər. Digər şahidlər isə naməlum kişinin iki əsgərə hücum etdiyini bildirblər.

Hadisə yeri əhatəyə alınıb və ora həkimlər gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 874