Brüsseldə etiraz aksiyası - Bu dəfə süd istehsalçıları


22:45     23 Yanvar 2017 brusell.jpg

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrindən olan süd istehsalçıları etiraz aksiyası keçirir.


Aksiya Aİ-nin südçülük sahəsində həyata keçirdiyi siyasətə qarşı keçirilir.

Hazırda Brüsseldə Aİ kənd təsərrüfatı nazirlərinin iclası keçirilir.

Aksiyada iştirak edən süd istehsalçıları iclasın keçirildiyi binanın yaxınlığına traktorlar gətirib.

Süd istehsalçılarının fikrincə, Avropa ölkələrinin həyata keçirilən siyasət südün qiymətinin kəskin ucuzlaşmasına səbəb olur.

Femida.az

Açar sözlər:

Oxunub: 923