Brüsseldə terror törədən şəxs həbs edildi


22:25     23 Mart 2016 09851967.jpg

Brüssel hava limanında baş verən partlayışın törədilməsində şübhəli bilinən Nacim Laaşraui həbs edilib.


Femida.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. O, paytaxtın Anderlext rayonunda saxlanılıb. Nacim Laaşraui ötən ilin noyabrında Parisdə törədilən terror aktları ilə bağlı axtarışda olub. 24 yaşlı Belçika vətəndaşı 2013-cü ildə Suriyada hərbi əməliyyatlarda iştirak edib. Onun DNT-si Parisdə istifadə olunmuş partlayıcı maddələrin üzərində aşkar edilmişdi.

Qeyd edək ki, Brüssel aeroportundakı partlayışları törədən iki terrorçu kamikadzenin şəxsiyyəti məlum olub. Bunlar Xalid və Brahim Bakraui qardaşlarıdır. Terror nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

Açar sözlər:

Oxunub: 1203