Türkiyə 5,5 milyonluq müdafiə sistemi qurur


15:51     30 Mart 2016 c39aa40c4154.jpg

Türkiyə Suriyadan atılan raketlərə qarşı sərhəd bölgələr olan Kilis, Hatay, Qaziantep, Şanlıurfa və Mardində xəbərdarlıq sistemi quracaq.



Femida.az xəbər verir ki, Kilis vilayətinin rəhbərliyi artıq bununla bağlı Ankaraya müraciət edib və sistemin qurulması üçün büdcədən 10 milyon lirə (5,5 milyon manat) vəsait ayrılıb.

Türkiyə Baş Fəlakət və Fövqəladə Hallar Nazirliyinin (AFAD) quracağı sistem təhlükə zamanı vətəndaşları sosial şəbəkə, telefon, SMS və media vasitəsilə xəbərdar edəcək.

Qeyd edək ki, son 6 ay ərzində Suriyadan Kilisə 8 raket atılıb. Nəticədə 2-si uşaq olmaqla, 4 nəfər həyatını itirib.

Açar sözlər:

Oxunub: 1741