Türkiyə ordusu 6 terrorçunu məhv edib


00:20     08 Yanvar 2018 turk%20ordu23.jpg

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Kani Raş bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçunu məhv edib.


Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçular sərhəd bölgəsində yerləşən məntəqələrə hücum hazırlamaqda şübhəli bilinir.

Türkiyə Hərbi Hava Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, İraqın şimalında terrorçulara aid hədəflərin zərərsizləşdirilməsi davam etdirilir.

Hərbi təyyarələr əməliyyatdan sonra bazaya qayıdıblar.

Açar sözlər:

Oxunub: 713