Almaniya nəşrindən Azərbaycana qarşı təxribat
03:48 04 Aprel 2016
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş zonasında hərbi əməliyyatların intensivləşməsi barədə məlumat yayan Almaniyanın “Spiegel Online” nəşri naqis üsullara əl ataraq öz oxucularının hissləri ilə oynayır, bu münaqişədə kimə rəğbət bəsləməyi onlara təlqin edir.
Nəşr auditoriyasının məlumatlı olmayan hissəsini belə məlumatlandırır, məlumatlı hissəsinə isə xatırladır ki, “xristian ermənilər” yaşayan Dağlıq Qarabağ “müsəlman Azərbaycanı” daxilində anklav kimi yerləşib (bax: http://www.spiegel.de/politik/ausland/tote-bei-kaempfen-zwischen-armenien-und-aserbaidschan-a-1085158.html ).
Azərbaycan jurnalistləri, diplomatları, ekspertləri, elm və mədəniyyət xadimləri dəfələrlə Qərbdəki həmkarlarını, xüsusən jurnalistləri diqqəti münaqişə tərəflərinin dini mənsubiyyəti üzərində cəmləşdirməməyə çağırıblar. Bu, dini deyil, dövlətlərarası münaqişədir. Mahiyyətini də bir ölkənin digərinə ərazi iddiası təşkil edir. Din keçmiş SSRİ ərazisindəki bir sıra digər münaqişələrdə heç bir rol oynamadığı kimi, bu münaqişədə də heç bir əhəmiyyət daşımır. (Azərtac)
Oxunub: 2045
Oxşar xəbərlər
- Almaniyada supermarketdə atışma - Yaralanan var
- Almaniyada hökumət buraxılıb
- Almaniyalı alim Tərcümə Mərkəzində olub
- Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Səfir
- Almaniyada təyyarə qəzaya uğradı
- Almaniyada gecə klubuna silahlı basqın
- Almaniya ilə Türkiyə arasındakı buzlar əriyir
- Almaniyada kütləvi təxliyə - Bomba tapıldı
- Almaniyada etirazlar davam edir - 130 polis yaralandı
- Almaniyanın sabiq kansleri vəfat edib