Mikroavtobus qəzaya düşdü - 7 yaralı


03:35     12 Aprel 2016 5218976564dda79509c51447942777_qeza1.JPG

Bu gün axşam saatlarında Ağstafanın Qırılı kəndində ağır yol qəzası baş verib.

Femida.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qazaxdan Gəncə istiqamətinə hərəkət edən “Ford Tranzit” markalı mikroavtobusla “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel”dəki bir nəfər və mikroavtobusda olan 6 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Polis yol qəzasının təfərrüatlarını araşdırır.

Açar sözlər:

Oxunub: 763