Mikroavtobus yandı


02:43     10 Oktyabr 2016 masin%20yandi187.jpg

Qobustan rayonunda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Cəmcəmli kəndində "Ford" markalı mikroavtobusun salonu və mühərrik hissəsi yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1345