Mikroavtobus ilə yük maşını toqquşdu - Xəsarət alanlar var


17:58     02 Avqust 2017 qeza_yeni.jpg

Tovuz rayonunda mikroavtobus ilə yük maşını toqquşub.


Hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Bozqanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük avtomobili ilə "QAZel" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Anar Vaqif oğlu Kərimov və və bir qadın sərnişini, Tovuz rayonunun Əyublu kənd sakini, 1984-cu il təvəllüdlü Nəcibə İsmayıl qızı Həmzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1042