Mikroavtobus qəzaya düşdü: 11 yaralı


15:09     27 Yanvar 2017 qeza%20yeni.jpg

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.


Rayonun Uzuntəpə kəndində şirkətlərdən birinə məxsus olan H 018 490 dövlət qeydiyyat nişanlı "Toyota" ilə "Ford Tranzit" markalı, 20 CV 552 nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Yaralıların hamısı kişidir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.(lent.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1362