Davudoğlu qol güləşdirdi və uduzdu - VİDEO


17:47     16 Aprel 2016 yo60416_01.jpg

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Düzcə şəhərində yerli sakinlərlə görüşündə maraqlı anlar baş verib.


Femida.az-ın məlumatına görə, nazir Enes adlı uşağın onunla şəkil çəkdirmək istəyinə “Gəl, qol güləşdirək” deyə cavab verib.

Qol güləşi zamanı baş nazir uşağa “mənə qalib gəlmə, biabır olaram” deyib. Davudoğlu güləş zamanı bilərəkdən məğlub olub.

Həmin görüntüləri təqdim edirik.



Açar sözlər:

Oxunub: 1411