Davudoğlu Almaniyanı qınadı


03:21     03 İyun 2016 davutoglu%20pl.jpg

Almaniya Bundestaqının 1915-ci ildə nələrin yaşandığını görməzdən gələrək özünü məhkəmə yerinə qoyması qəbuledilməzdir.


Femida.az xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu Tvitter hesabında yazıb.

“Əziz millətimizin tarix boyu mərhəmət abidəsi olmağına bütün dünya şahiddir. Tarixi əlaqələrə malik olan türk-alman cəmiyyəti arasındakı dostluğun müəyyən zamanlarda korlanmasını şiddətlə qınayıram. Bundestaqdan gözləntimiz Türkiyəyə düşmənlik etmək deyil, islamafobiya ilə mübarizədə lazımi addımların atılmasıdır”, - Davudoğlu bildirib.

Qeyd edək ki, bu gün Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edilib.

Açar sözlər:

Oxunub: 1664