Davudoğlu vidalaşır - CANLI


19:21     05 May 2016 1439610913_ahmet-davutoglu.jpg

Bu dəqiqələrdə Türkiyənin Baş naziri Əhməd Davudoğlu AKP sədrliyindən və baş nazirlikdən istefası ilə bağlı açıqlama verir.


Femida.az xəbər verir ki, Davudoğlunun istefa gözlənilir.

Qeyd edək ki, bu gün Əhməd Davudoğlunun başçılığı ilə İdarə Heyətinin toplantısı keçirilib.

35 dəqiqə davam edən iclasda İdarə Heyəti bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib.

Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir postunu tutacaq.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Açar sözlər:

Oxunub: 2592