İntihar etmək istədi, cərimələndi
03:35 17 Aprel 2016
Nauru adasındakı Avstraliyanın miqrant mərkəzindən qızı ilə birlikdə çıxarılmasına etiraz olaraq intihar cəhdi edən Sem Nemətiyə cərimə kəsilib.
Yanvar ayında cənab Neməti 8 yaşlı uşağının yanında qalmaq üçün icazəsiz olaraq miqrant mərkəzindəki otaqlardan birində qalmaq qərarına gəlib.
Onu otaqdan çıxarmağa gələndə isə miqrant özünü öldürməyə cəhd edib.
Nauru Sakit Okeanda ada dövlətdir. Burada intiharlar 1899-cu ildən qadağan edilib.
Təqsirkar olduğunu etiraf edən iranlı 155 dollar həcmində cərimə ödəməli olacaq.
İttiham tərəfi cənab Nemətiyə iki aylıq həbs cəzası tələb edirdi. Prokurorluğa əsasən daha sərt hökm başqalarına ibrət dərsi ola bilərdi.
Avstraliyaya gələn mirqrantların sayı 2012- 2013-cü illərdə kəskin şəkildə artıb. Hazırda hökumət onların bir qismini Papua-Yeni Qvineya və Naurudakı mərkəzlərə yönləndirir.
İnsan axınını azaltmaq məqsədilə bəzən Avstraliyaya üz tutan miqrant gəmiləri geri qaytarılır.
Hökumətin miqrantlara dair siyasəti beynəlxalq aləmdə və ölkə daxilində tənqid olunur.
Femida.az
Oxunub: 830
Oxşar xəbərlər
- İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi
- İntihar etmək istədi, xilas edib döydülər - Gəncədə (VİDEO)
- İntihar edən çempionun məşqçisi: “Atası içkiyə meyilli idi”
- İntihar edən çempionumuz - FOTOLAR
- İntihar etmiş polkovnik Eldar Mahmudovun əleyhinə ifadə veribmiş
- İntihar edən kişi məktub yazdı
- İntihardan sonra sorğu-suala tutulan yaxınlar – Qanun nə deyir?
- İntihara cəhd edən qadın xəstəxanada öldü
- İntihar edən gəncin son sözü: `Məni bağışlayın` - YENİLƏNİB
- İntihar edən müəllimənin məktubu tapıldı - `Ölümümdə...`