Ermənistanda Rusiyaya qarşı aksiyalar - VİDEO


20:15     19 Aprel 2016 default%20(3).jpg

Ermənistanın paytaxtı İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilir.



Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları "Respublika" meydanından yürüşə çıxıb.

Daha sonra onlar Ermənistan Xarici İşlər Nazirliyinin binasına doğru irəliləyiblər.

Etirazçılar Moskva məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilmiş qondarma `DQR`nın sponsoru Levon Ayrapetyanı həbsdən azad etməyi tələb edirlər.

Bu, son 10 gündə Rusiyanın səfirliyinin binası qarşısında ermənilərin keçirdiyi üçüncü etiraz aksiyasıdır. Bundan əvvəlki aksiyada onlar səfirliyin binasını yumurta "atəşinə" tutmuşdu. Həmin iki aksiyada ermənilər Rusiyanın Azərbaycana silah satmasına etiraz ediblər.

Qeyd edək ki, Moskvanın Zamoskvoretsk məhkəməsi Levon Ayrapetyanı 700 min dollarlıq maliyyə fırıldağında təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqına qərar verib. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejim islah əmək koloniyasında çəkəcək.



Açar sözlər:

Oxunub: 1555