“Qarabağ“ rəqibini darmadağın etdi


02:32     28 Aprel 2016 qarabag296.jpg

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.


Femida.az-ın məlumatına görə, "İnter" doğma meydanda "Qarabağ"la qarşılaşıb. İlk qol Ağdam təmsilçisindən gəlib - 19-cu dəqiqədə Migel Madera fərqlənib.

İkinci hissəyə də "Qarabağ" fəal başlayıb - 60-cı dəqiqədə Madera dubl edib. 7 dəqiqə sonra Dani fərqi daha da artırıb. 84-cü dəqiqədə isə Reynaldo son nöqtəni qoyub - 0:4.

"Neftçi" isə "Qəbələ"ni qəbul edib. Hesabı qonaqlar açıblar (Aleksey Qay, 5`). 71-ci dəqiqədə Rəhman Hacıyev tarazlığı bərpa edib.

84-cü dəqiqədə Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydanı tərk edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1039