“Qarabağ“ – “Kopenhagen” matçının biletləri satışa çıxır
18:07 11 Avqust 2017
Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır.
Femida.az Ağdam klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, azarkeşləri sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.
Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" matçı avqustun 15-i saat 20:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
1-5 və 24-27 nömrəli sektorlar - 1 AZN
6-8 və 21-23 nömrəli sektorlar - 2 AZN
9, 10 və 19, 20 nömrəli sektorlar – 3 AZN
11, 12 və 17, 18 nömrəli sektorlar - 5AZN
13 - 16 və 29, 38 nömrəli sektorlar 10 AZN
VİP - 50 AZN
Femida.az
Oxunub: 865
Oxşar xəbərlər
- “Qarabağ“ növbəti rekorda imza atdı
- “Qarabağ“ın U-19 komandası “Çelsi“yə uduzdu
- “Qarabağ“ çempion oldu - 5 qat
- “Qarabağ“ın cavab oyununun başlama saatı məlum oldu
- “Qarabağ“dan möhtəşəm qələbə
- “Qarabağ“ rəqibini darmadağın etdi
- “Qarabağ“ Avroliqada “Top-10”da!
- “Qarabağ“ da avrokuboklarla vidalaşdı
- “Qarabağ“dan sensasiyalı məğlubiyyət
- “Qarabağ“ növbəti oyuna çıxır - Avropa Liqası