Türk ordusu PKK-nı belə vurdu (VİDEO)


17:56     03 May 2016 18%20pkk.jpg


Türkiyə Silahlı Qüvvələri İraqın Şimalında yerləşən Kandil bölgəsinə hava zərbələri endirib.

Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hədəflərin dəqiqliklə vurulduğu hava zərbələri zamanı 18 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, dünən PKK terrorçuları Hakkari vilayətinin Şəmdinli qəsəbəsində hərbçilərə hücum etmişdilər. Atışma nəticəsində 2 hərbçi həlak olub.

Terrorçularının zərərsizləşdirilməsi istiqamətində bölgədə xüsusi əməliyyat həyata başlayıb.




Femida.az

Açar sözlər:

Oxunub: 2070