Türkiyə bu ölkələrlə viza rejimini ləğv etdi


19:15     03 May 2016 dc6eb69fe8446c730e70cce9373d6f73.jpg

Türkiyə hökuməti Avropa İttifaqına üzv ölkələr üçün viza rejiminin aradan qaldırılması barədə qərar qəbul edib.


Femida.az-ın məlumatına görə, qərar hökumətin rəsmi orqanı olan “Resmi Gazete”də çap olunub. Qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək.

Avropa Komissiyası Türkiyənin bu addımını alqışlayıb. Komissiyanın nümayəndəsi Marqaritis Sxinasın sözlərinə görə, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 783