İcra qurumuna yeni hüquq verilib


02:48     11 May 2016 4003231774.jpg

Ədliyyə Nazirliyi Kollegiyası “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edib.


Femida.az xəbər verir ki, dəyişiklik Əsasnaməyə əsasən Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları ( icra qurumu) Azərbaycanda məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.

Dəyişiklik icra qurumunun öz vəzifələrini həyata keçirmək malik olduğu hüquqlarla bağlıdır. İndiyə qədər icra qurumunun məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat vermək hüququ olub. Dəyişikliyə əsasən isə bundan sonra icra qurumunun həm də məhkəmə əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat vermək hüququ olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2447