BDU-da Yaponiya Mədəniyyət Festivalı keçirilib


02:55     24 May 2016 e7f855ea-029e-4302-adc3-d9e477bf5b34_292.jpg

Bakı Dövlət Universitetində Yaponiya Mədəniyyət Festivalı keçirilib.


Ali təhsil müəssisəsindən Femida.az- a verilən məlumata görə, tədbiri BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev açaraq bildirib ki, festivalın keçirilməsində məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq, bu ölkənin adət-ənənələri, mətbəxi, mədəniyyəti barədə daha ətraflı məlumat çatdırmaqdan ibarətdir.
Festivalın birinci hissəsində mahnı müsabiqəsi keçirilib, yapon nağılları əsasında hazırlanmış tamaşa göstərilib. Daha sonra münsiflər BDU tələbələrinə mükafat veriblər. Festivalın ikinci hissəsində yapon yeməkləri, çay mərasimi, suşi, eləcə də kimono və yukata kimi milli yapon geyimləri, ənənəvi yapon incəsənətini təmsil edən oriqami və ikebana təqdim olunub.

Açar sözlər:

Oxunub: 944