BDU-da tələbələrin təqaüdləri niyə verilmir?


21:25     01 İyun 2016 692295_4708894.jpg

Bakı Dövlət Universitetində (BDU) tələbə təqaüdləri gecikdirilir.

Saytımıza daxil olan məlumata görə, BDU-nun sonuncu IV kurs tələbələri iki aydır təqaüd ala bilmirlər. Aprel və may aylarının təqaüdlərininin niyə gecikdirilməsi barədə isə onlara heç bir məlumat verilmir.



BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Pənahov Femida.az-a açıqlamasında faktı qismən təsdiqləyib.

“Aprel ayının təqaüdlərində gecikmə yoxdur. Amma IV kurs tələbələri may ayının 29-da sonuncu imtahanı veriblər və onların imtahan nəticələri Təqaüd komissiyasında təhlil olunur. Məhz buna görə bütün IV kursların universitet üzrə təqaüdləri verilməyib. Onların təqaüdləri iyun ayının ilk on günlüyünə qədər veriləcək”-deyə Məzahir Pənahov bildirib.

Açar sözlər:

Oxunub: 1710