BDU-da anım mərasimi keçirilib


02:31     05 May 2017 1493900782-2443.jpeg

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.


BDU-nun mətbuat xidmətindən Femida.az -a daxil olan xəbərə görə, universitetin rektoru, akademik Abel Məhərrəmov H. Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyasının ölkə həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratdığını, onu qüdrətli dövlətə çevirdiyini bildirib.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov məruzə ilə çıxış edib. Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti haqqında danışan Əli Əlmədov bildirib ki, ulu öndərin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur.

Sonra universitetin kafedra müdirləri – akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmov ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 790