Qənirə Paşayeva Mari Kiviniemi ilə görüşdü


14:31     24 May 2016 13256446_874940305951343_8460210336185698087_n.jpg

Millət vəkili Q.Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemi ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur ki, rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb.

Q.Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün böyük sarsıntılar yaşayan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının, köçkünlərin beynəlxalq təşkilatlardan onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabir baş naziri Mari Kiviniemiyə Azərbaycanla bağlı məlumatlar verən millət vəkili ondan bir qadın kimi 20 ilə yaxındır ki, öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da artırmasını xahiş edib.

Millət vəkili Q.Paşayeva Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın genişlənməsinin hər iki tərəf üçün önəmini xüsusi vurğulayıb.Millət vəkili Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabir baş naziri Mari Kiviniemiyə Qarabağ həqiqətlərini özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu da təqdim edib. Görüş zamanı millət vəkili Q.Paşayeva Azərbaycanda qadın haqları, cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində görülən işlər barədə də məlumat verib və fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 929