Qənirə Paşayeva BMT baş katibinin müavini ilə görüşüb


00:12     08 İyul 2017 19732216-1214486871996683-1482796387575018432-n.jpg

İspaniyanın Barselona şəhərində Crans Montana Forumunda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva BMT baş katibinin müavini Filipp Douste-Blazy ilə görüşüb.


Femida.az-ın məlumatına görə, Q. Paşayeva işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən balaca Zəhranın vəhşicəsinə qətli və Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən danışıb. O bildirib ki, öz kəndində qətlə yetirilən Zəhra ilə bərabər onun nənəsi də öldürülüb, qohumları isə ağır yaralanıb. Hadisə barədə və Ermənistanın ön cəbhədə mülkü azərbaycanlılara qarşı mütəmadi olaraq işlədiyi cinayətlər barədə məlumat verən millət vəkili deyib ki, Azərbaycan xalqı işğalçı Ermənistanın törətdiyi bu böyük cinayətlərə BMT-nin etiraz səsini yüksəltməsini, qiymət verməsini gözləyir və sivil insanlara qarşı bu cinayətlərə son qoyulması üçün Ermənistana qarşı ciddi addımlar atılmasına çağırır.

Q. Paşayeva Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması, BMT qətnamələrini yerinə yetirməməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan vermədiyini xüsusi vurğulayaraq bunun böyük bir problem, bir insanlıq faciəsi olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 623