Qənirə Paşayeva “ən yaxşı millət vəkili“ seçildi


23:47     30 Dekabr 2017 qana9.jpg

Millət vəkili Qənirə Paşayeva Qarabağ Azadlıq Təşkilatı tərəfindən 2017-ci il ərzində Qarabağın azadlığı naminə xidmətlərinə görə "Ən yaxşı millət vəkili" adına layiq görülüb və "Qarabağ Harayı" diplom-mükafatı ilə təltif olunub.


Femida.az xəbər verir ki, mükafata görə təşəkkürünü bildirən millət vəkili təşkilatın sədri Akif Nağı və onun simasında təşkilatın bütün üzvlərini qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

O, torpaqlarımızın işğaldan azad edilməsini və bu bayramın o torpaqlarımızda keçirilməsini arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1075