Qənirə Paşayeva sabiq prezidentlə görüşdü
22:41 26 İyun 2017
Millət vəkili Qənirə Paşayeva Malavi, Kamerun, Seneqal millət vəkilləri ilə görüşüb.
Femida.az xəbər verir ki, Q.Paşayeva Malavinin sabiq prezidenti Joyce Banda başda olmaqla Afrika ölkələri Malavi, Kamerun, Seneqal millət vəkilləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də məlumatlar verib.
Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva Malavi, Kamerun, Seneqal millət vəkillərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.
Femida.az
Oxunub: 799
Oxşar xəbərlər
- Qənirə Paşayeva “ən yaxşı millət vəkili“ seçildi
- Qənirə Paşayeva İraqın baş naziri ilə görüşüb
- Qənirə Paşayeva AŞPA-da çıxış edib
- Qənirə Paşayeva fəxri vətəndaş oldu - Türkiyədə
- Qənirə Paşayeva BMT baş katibinin müavini ilə görüşüb
- Qənirə Paşayeva erməniləri susdurdu - AŞPA-da
- Qənirə Paşayeva tələbələrə çağırış etdi
- Qənirə Paşayeva Binəli Yıldırımla görüşüb
- Qənirə Paşayeva dağılmış şəhid məzarlarını bərpa etdirəcək
- Qənirə Paşayeva internat məktəbində uşaqlarla görüşüb