Qənirə Paşayeva dağılmış şəhid məzarlarını bərpa etdirəcək
22:20 07 Yanvar 2017
Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuz rayonunda dağılmış şəhid məzarlarını bərpa etdirəcək.
Femida.az xəbər verir ki, bu barədə tanınmış diaspor fəalı, ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili məlumat verib.
T.Allahverdili deyib: "Parlamentdə onlarla deputat var ki, təkcə seçildikləri ərazinin yox, onlara müraciət edən bütün ölkə vətəndaşlarının, hətta xaricdə yaşayan həmvətənlərimizin qeydinə qalırlar. Onlardan biri də deputat Qənirə Paşayevadır. 2016-cı ilin sentyabr ayında Tovuzda baş vermiş təbii fəlakət zamanı Tovuzun Aşağı Dondar kəndindəki şəhid məzarları da dağılıb və hələ də təmir-bərpa işləri görülməyib. Bu haqda deputat Qənirə Paşayevaya müraciət etdim. Deputat həmin regiondan deputat seçilmədiyi üçün hadisədən xəbərsiz oduğunu, lakin rayona zəng edib oranın icra rəhbərliyilə əlaqə yaradacağını bildirdi. Həmçinin şəxsən özünün şəhidlərin məzarlarını bərpa etdirəcəyinə dair söz verdi".
T.Allahverdili əlavə edib ki, məzar bu ayın sonuna kimi hazır olacaq.
Femida.az
Oxunub: 2960
Oxşar xəbərlər
- Qənirə Paşayeva “ən yaxşı millət vəkili“ seçildi
- Qənirə Paşayeva İraqın baş naziri ilə görüşüb
- Qənirə Paşayeva AŞPA-da çıxış edib
- Qənirə Paşayeva fəxri vətəndaş oldu - Türkiyədə
- Qənirə Paşayeva BMT baş katibinin müavini ilə görüşüb
- Qənirə Paşayeva erməniləri susdurdu - AŞPA-da
- Qənirə Paşayeva sabiq prezidentlə görüşdü
- Qənirə Paşayeva tələbələrə çağırış etdi
- Qənirə Paşayeva Binəli Yıldırımla görüşüb
- Qənirə Paşayeva internat məktəbində uşaqlarla görüşüb