Obama “qara və zəif kofedir“ - Nazir müavininin arvadı


16:01     22 İyun 2015 obama_new_630_4.jpg

İsrail baş nazirinin müavini Silvan Şalomun həyat yoldaşı ABŞ prezidenti barədə sosial şəbəkədə uğursuz zarafat edib.

Femida.az xəbər verir ki, bunu o öz Twitter hesabında Cudi Nir-Mozes-Şalom ingiliscə yazıb:

"Bilirsiniz, "Obama kofesi" nə deməkdir? Qara və zəif kofe".

Sosial şəbəkənin digər istifadəçiləri Cudiyə bu zarafatın irqçi xarakter daşıdığını xatırladanda qadın həmin qeydi pozub bə elə Twitter-də ABŞ prezidentindən üzr istəyib.

"Prezident Obama, mən haradasa eşitdiyim yersiz zarafatı burda yazmamalı idim. Mənim insanlara münasibətim onların irqi və dininə bağlı deyil", deyə Cudi Şalom yazıb.

İsrailli analitiklər bu hadisənin Silvan Şalomun siyasi karyerasına təsiri ola biləcəyini vurğulayırlar.

Şahverdi Şirinli

Açar sözlər:

Oxunub: 929