FHN səyyar xidmət göstərib


23:59     11 İyun 2016 fhn83.jpg

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları iyunun 10-u və 11-i Salyan rayonun Xıdırlı kəndində, daha sonra isə Neftçala rayonunun Sahiloba və Qoltuq kəndində səyyar xidmət layihəsi həyata keçirib.


a href="http://www.femida.az">Femida.az verdiyi xəbərə görə, məqsəd əsasən vətəndaşların paytaxta gəlməklə böyük məsafə qət etmədən sənədlərin alınmasını asanlaşdırmaqdır.

Müfəttişliyin əməkdaşları kiçik həcimli gəmi istifadəçilərinə texniki baxış talonları, sürücülük hüququna malik olan vətəndaşlara sürücülük vəsiqələri (gəmi biletləri) təqdim olunub. Həmçinin gəmi istifadəçilərinə gəmilərin təhlükəsiz istismar olunması qaydalarına əməl edilməsi mövzusunda maarifləndirici söhbətlər aparıblar. Ümumilikdə 2 gün ərzində 300 nəfər gəmi istifadəçisinə sənədlər təqdim olunub. Yerli sakinlər göstərilən xidmətə görə, ölkə rəhbərliyinə o cümlədən FHN rəhbərliyinə minnətdarlıqlarını bildirib.

Açar sözlər:

Oxunub: 941