Ermənistanda çevrilişə cəhd: Səfilyan həbs edildi


20:20     20 İyun 2016 ermenistan%20hebsler.jpg

Bu gün günorta saatlarından başlayaraq, "Çiçəklənən Ermənistan" partiyasının qərargahında başladılan yoxlama və həbslərin ardınca əməliyyatlar digər yerlərdə də davam edrililib.


Femida.az erməni xəbər mənbələrinə istinadən bildirir ki, Jirayr Səfilyan həbs olunduqdan sonra, Ermənistanın daxili işlər nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin apardığı əməliyyatlar bu dəfə "Şuşa batalyonunun veteranlar bilrliyi"nin ofisində baş tutub. Saxlanılanlar var. Hadisəyə ölkə parlamnetinin müxalifət nümayəndələri qarışmaq istəslər də, onların qarşısının aldındığı bildirilir.

Həbs olunanlara dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb. Axtarışda olanlar var.

Qeyd edək ki, Səfilyan Şuşa xüsusi batalyonunun komandiri olaraq, birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı aparılan işğalçılıq döyüşlərində iştirak edib və birinci dərəcəli "döyüş xaçı" ilə təltif olunub. Onun müxalifətyönlü Parlament təsisatları qeyri-hökumət təşkilatına rəhbərik etdiyi də bildirilir.

Xatırladaq ki, o, dördgünlük aprel hərbi əməliyyatlarının nəticələri barədə gerçəkləri etiraf edənlərdən biridir. Jirayr Səfilyan həmin ərəfədə bildirmişdi ki, cəbhənin təmas xəttinin şimal-şərqində ermənilər 7 milyon kvadrat metr ərazi itiriblər.

Açar sözlər:

Oxunub: 2421