Türkiyə üçün son şans


15:08     21 İyun 2016 page_milli-takimin-euro-2016-kadrosu-aciklandi_049250487.jpg

Fransada keçirilən Avropa Çempionatının qrup mərhələsinin son turunda daha 4 qarşılaşma keçiriləcək.


Femida.az xəbər verir ki, bu gün C və D qruplarında keçiriləcək oyunlarla növbəti mərhələyə keçən yığmaların adına aydınlıq gələcək. C qrupunda Ukrayna Polşa ilə, Şimali İrlandiya isə Almaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

D qrupunda isə yalnız qələbə qazanmalı olan Türkiyə Çexiya ilə qarşılaşacaq. Türkiyənin qrupdan çıxma şansı digər oyunların nəticələrindən də asılı olacaq.

Növbəti mərhələyə keçmiş İspaniya isə Xorvatiyanı sınağa çəkəcəy. Türkiyə son şansın saxlamaq üçün bu mübarizədə qalib gəlməlidir.


C qrupu

20:00. Ukrayna – Polşa

20:00. Şimali İrlandiya – Almaniya

D qrupu

23:00. Çexiya – Türkiyə

23:00. Xorvatiya – İspaniya

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2003