Alman əsgərlər silahlarından narazıdırlar


00:00     22 İyun 2016 alman%20esger.jpg

Almaniyada Hərbi Tarix və İctimai Elmlər Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, əksər alman əsgərləri öz silahlarının keyfiyyətindən narazıdırlar.


Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rəyi soruşulan 800 almaniyalı əsgərdən yalnız 8 faizi bəyan edib ki, şəxsi silahlarından razıdırlar.
43 faizi şəxsi silahlarının keyfiyyətinə tam əmin deyillər. 23 faiz əsgər qismən silahlarına etibar edir. 16 faiz isə çox güman ki, əmindirlər.

Bundesver hərbçiləri ittifaqının sədri Andre Vyustner bildirib ki, araşdırmanın nəticələri əsgərlərin təchizatının dözülməz vəziyyətdə olduğunu göstərir.

Daha əvvəl Almaniya Müdafiə Nazirliyi təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsi ilə əlaqədar çoxmilyardlı sərmayələri yatırılmasının vacibliyini bəyan etmişdi.

Açar sözlər:

Oxunub: 1337