Türkiyədə daha bir terror - Ölən və yaralılar var


04:28     24 İyun 2016 turkey_police_0504152.jpg

Türkiyənin Mardin şəhərində terror hadisəsi baş verib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bomba yüklü avtomobil Jandarma məntəqəsinin yaxınlığındə partladılıb.

Patlayış nəticəsində hadisə yerinin yaxınlığından keçən TIR sürücüsü və ikisi dinc sakin olmaqla 5 nəfər yaralanıb. Yaralanalar arasında polislərin də olduğu bildirilir. Terror aktı PKK silahlıları tərəfindən törədilib. Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb.

Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1553