Türkiyədə növbəti terror - 6 hərbçi öldü


16:20     24 İyun 2016 turkiye%20partlayis.jpg

Türkiyənin Mardin bölgəsinin Çəmənli kəndi yaxınlığında PKK terrorçularının təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində baş verən partlayışda 4 hərbçi əsgər şəhid olub.


Femida.az xəbər verir ki, Komandanlıq kömək üçün hadisə baş verən əraziyə əlavə qüvvə göndərib. Derik rayonu ərazisində qüvvələr yaxınlaşarkən terrorçular onlara da atəş açıb. Nəticədə daha 2 əsgər ölüb.

Hazırda PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyat başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3111