Türkiyədə 2 İŞİD-çi məhv edilib – TƏCİLİ


17:36     30 İyun 2016 suleyman-sah_7909.jpg

Suriya ilə sərhəddə 2 İŞİD terrorçusu zərərsizləşdirilib. Öldürülən İŞİD-çilərdən birinin “canlı bomba” olduğu bildirlir.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Atatürk hava limanındakı partlayışın ardından Türkiyədə yenidən həyəcanlı anlar yaşanır.

Belə ki, Suriya ilə sərhəddə 2 İŞİD-çi Türkiyə hərbçiləri tərəfindən yerindəcə zərərsizləşdirilib. Hər iki terrorçu suriyalı olub. Ehtimallara görə, terrorçulardan biri “canlı bomba” kimi Ankara-Adana bölgəsində partlayış törədəcəkmiş.

Aparılan araşdırmalardan sonra məlum olub ki, hər iki terrorçu kod adı “Ebu Ali” olan Mustafa Dəmir adlı şəxsdən təlimat alırmış.

Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1641