Türkiyə yenə şəhid verdi


14:55     03 İyul 2016 224169555ed89d77e66d1441630679_Şehit1.jpg

Türkiyənin Şırnaq vilayətində təhlükəsizlik qüvvələri hücuma məruz qalıblar.


Femida.az-ın məlumatına görə, naməlum silahlı şəxslərin polis məntəqəsinə iriçaplı silahlarla atəş açdığı bildirilir.

Hadisə Beytüşşəbəb rayonunda axşam saatlarında qeydə alınıb. Məlumata görə, hücum zamanı təhlükəsizlik qüvvələri sayıqlığı qoruyaraq silahlılara vaxtında qarşılıq verə biliblər.

Tərəflər arasında atışma düşüb. Hücum zamanı 1 polis şəhid olub. Polis hücum edən şəxslərin PKK terrorçuları olduğunu bildirib.

Eyni zamanda, Bingöl vilayətində PKK silahlıları ilə təhlükəsizlik qüvvələri arasında atışma qeydə alınıb. Məlumata görə, Gənç rayonunda hərbi polis axtarış əməliyyatları aparan zaman bir neçə silahlı şəxs onların fəaliyyətinə mane olmağa çalışıb.

Elə bu zaman polislə silahlılar arasında qarşıdurma yaşanıb. Polis silahlılara qarşı güc tədbiq etmək məcburiyyətində qalıb. Atışma zamanı 1 çavuş yaralanıb. Onun vəziyyətinin yüngül olduğu bildirilir. Zorakılıqlarla əlaqədar bölgədə genişmiqyaslı əməliyyatlar keçirilib.

Açar sözlər:

Oxunub: 1926