Türkiyə olmadan problem həll oluna bilməz - Ştaynmayer


22:17     03 İyul 2016 taynmayer.jpg

Almaniya Türkiyənin böhranda önəmli rol oynadığını və onsuz daimi bir inkişaf əldə edə bilməyəcəyini anladı”.


Femida.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Foreign Affairs” jurnalı üçün yazdığı yazısında bildirib. Həmin yazıda qeyd olunub: “2003-cü ildə bir çox ölkə Almaniyanı “Avropanın xəstə adamı” adlandırırdı. Ancaq Almaniya inkişaf etdi. Artıq daha təsirli və aktiv bir xarici siyasət yolu izləyir”.

Türkiyə ilə miqrant müqaviləsi barədə də fikir bildirən Ştaynmayer qeyd edib:

“Türkiyədə kürd bölgələrində şiddətli hadisələrin artması, media və müxalifətlərə qarşı təzyiqlərin çoxalmasına baxmayaraq, Almaniya Türkiyənin böhranda önəmli bir rol oynayacağını və onsuz daimi bir irəliləmə əldə edə bilməyəcəyini anlayıb. Qurulacaq yeni əlaqələrin uzunmüddətli olub-olmayacağını bilmirəm. Ancaq avropalı liderlər türk həmkarları ilə ciddi bir əlaqə qurmadan Avropa İttifaqının xarici sərhədlərinin humanitar idarəsi üçün heç bir irəliləmə əldə edilə bilməyəcəklər”.

Açar sözlər:

Oxunub: 991