Avtobus qəzası: 13 zəvvar öldü


23:31     03 İyul 2016 a1ba7d8caf0351bea0098b1df22e229d.jpg

İyulun 2-də axşam saatlarında Səudiyyə Ərəbistanında zəvvarların olduğu avtobus qəzaya uğrayıb.


Femida.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Sabak” portalı məlumat yayıb.

Zəvvarlar ümrədən, Məkkədə müqəddəs yerləri ziyarət etməkdən (kiçik həcc) qayıdırmış. Qəza Ər-Riyad və Et-Taif şəhərləri arasındakı magistralda baş verib. Qəza nəticəsində 13 nəfər ölüb, 36 nəfər xəsarət alıb. Səudiyyə polisinin ilkin ehtimalına görə, qəza avtobusun ön təkərinin partlaması nəticəsində baş verib. Ancaq “Sabak” portalının əldə etdiyi məlumata görə, Məkkədən geri qayıdan avtobusun sürücüsü avtobusu idarə etməyi gənc oğluna etibar edib. Gəncin idarə etdiyi avtobus bir neçə kilometr yol getdikdən sonra qəzaya uğrayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1168