MTN-in tutduğu şəxs həbsxanada öldü
21:49 04 İyul 2016
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Orada müalicə alan, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilmiş, 1969-cu il təvəllüdlü Almas Rəhmət oğlu Qafarov xəstəlikdən ölüb.
Qeyd edək ki, A. Qafarov 2009-cu ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Məlumata görə, Almas Qafarov bir qrup şəxslə qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətirib.
Daha sonra Almas Qafarov “Qızılağac” Dövlət Qoruğunun Xəzər dənizi ərazisindəki “Kurkasa” adası yaxınlığında İrandan gələn külli miqdarda narkotik vasitələri qəbul edərək həmin adada gizlədib. (APA)
Femida.az
Oxunub: 1976
Oxşar xəbərlər
- MTN-in tutduğu məktəb direktoru həbsdə öldü
- MTN-in sabiq şöbə rəisi axtarışda - Banka xeyli borcu var
- MTN-in şöbə rəisinin məhkəmə prosesi başlayıb
- MTN-in adından istifadə edib 3,5 milyonu `yedilər`, indi isə...
- MTN-in həbs edilən yeganə qadın generalı ifadəsində nələr deyib?
- MTN-in qadın generalından xəbər var
- MTN-in keçmiş idarə rəisi vəfat edib
- MTN-in həbs edilən polkovniki özünü asdı
- MTN-in daha bir rəisi işdən azad edilib
- MTN-in qadın generalı haqda məhkəmə qərarı