MTN-in şöbə rəisinin məhkəmə prosesi başlayıb


22:29     26 Yanvar 2017 andil%20mehkemelerle.jpg

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə prosesində ifadə verən V. Ələkbərov özünü təqsirli bilməyib.

Proses fevralın 2-də davam edəcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 930