Türkiyədə generalın da olduğu helikopter qəzaya uğradı - 7 şəhid (VİDEO)


03:40     06 İyul 2016 fft16_mf7295401.Jpeg

Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğrayıb.


Femida.az -ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, “S-70” tipli helikopter Giresunun Alurca mahalının Tohumluk kəndində düşüb.

Helikopterdə əyalətin jandarma rəisi, genral-mayor Mustafa Doğru və xanımı ilə birlikdə 11 nəfərin olduğu bildirilir.

Onların Alurcada bir şəhid ailəsini ziyarətə getdiyi deyilir.

Hadisə nəticəsində 1 əsgərin şəhid olduğu, 2 nəfərin yaralandığı iddia olunur.

Əraziya çoxsaylı təcili tibbi yardım avtomobilləri cəlb olunub.


Yenilənib-21:27

“CNN Türk”ün xəbərinə görə, qəza nəticəsində 6 hərbçi şəhid olub.

Helikopterin dağıntıları altından xilas olunan polkovnik Ünal Bayhan və bir hərbçinin həyat yoldaşı Alurca dövlət xəstəxanasına yerləşdirilib.

Yenilənib- 23:38

Son məlumata görə, qəza nəticəsində helikopterdəki 15 nəfərin 7-si həlak olub, 8-i yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb

Qəzaya qeyri-sabit hava şəraitin səbəb olduğu bildirilir.



Açar sözlər:

Oxunub: 3897