Türkiyə və Qazaxıstan arasında sıx əməkdaşlıq


03:45     06 İyul 2016 erdo2.jpg

Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iki ölkə arasındakı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib.




Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Söhbət zamanı iki ölkə lideri iqtisadi-ticarət və investisiya sahələrində əməkdaşlığın sürətləndirilməsini müzakirə ediblər”, - deyə məlumatda bildirib.

Ərdoğan etibarlı dialoqun və ikitərəfli münasibətlərin bütün kompleksinin genişləndirilməsi üzrə birgə işin davam etdirilməsinə hazır olduğunu qeyd edib.

Açar sözlər:

Oxunub: 2656